"İnter" ulduz futbolçusunu "Mançester Siti"yə satmayacaq.

Offsideplus.az "Calciomercato"ya istinadla xəbər verir ki, klub rəhbərliyi Romelu Lukakunu satmaq fikrindən daşınıb. Və bu səbəbdən ingilislərin müxtəlif şərtləri özündə əks etdirən təkliflərini geri çevirib.

Qeyd edək ki, 27 yaşlı forvardın "İnter"lə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir. O, cari mövsümdə meydana çıxdığı 40 oyunda 27 qol vurub, 9 məhsuldar ötürmə verib. Məşhur "transfermarkt" saytındakı dəyəri 90 milyon avro kimi qiymətləndirilir.