“Yuventus” yay yay transfer çalışmalarına start verib.

Offsideplus.az “Calciomercato”ya istinadən xəbər verir ki, turinlilər Manuel Lokatelli ilə güclənmək istəyir. “Mançester Siti”lə “Arsenal”ın da yaxından maraqlandığı 23 yaşlı yarımmüdafiəçinin "Sassuolo" ilə müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir. Bu isə o deməkdir ki, "Yuventus" istəyinə çatmaq üçün "əlini cibinə salmalıdır".

 Qeyd edək ki, İtaliya millisinin də şərəfini qoruyanLokatelli cari mövsümdə A seriyasında 28 görüşdə 3 qol vurub, 2 məhsuldar ötürmə verib.