İtaliya A Seriyasında dünən baş tutan "Cenoa" ilə oyun "Yuventus"un qələbəsi ilə başa çatıb.
Offsideplus.az "Mirror"a istinadən xəbər verir ki, komandasının 3:1 hesablı qalibiyyətinə rəğmən Kriştiano Ronaldonun oyun bitəndən sonra qəzəbli olması diqqət çəkib. Hətta matçdan sonra formasını çıxarıb və yerə atıb (topdaşıyan uşağın xahişinə görə ona verdiyi iddia olunur).
Bundan əlavə, paltardəyişmə otağına yollanan portuqaliyalı hücumçunun divarı yumruqladığı bildirilir. Sakitcə duş qəbul edən Ronaldo, heç kimlə danışmadan stadionu tərk edib.
Qeyd edək ki, oyundan sonra baş məşqçi Andrea Pirlo 36 yaşlı forvardın performansına görə məyus olduğunu açıqlayıb:
"Bu, normaldır. Ronaldu xüsusən oyun mürəkkəb xarakter aldığı vaxt qol vurmaq istəyirdi. Çünki o, çempiondur və həmişə fərqlənmək istəyir".