"İnter" ulduz futbolçusuna qiymət qoyub.

Offsideplus.az "Corriere dello Sport"a istinadla xəbər verir ki, Romelu Lukakunu almaq istəyən klub 120 milyon avrosundan keçməlidir. Klubda baş qaldıran maliyyə böhranına görə, rəhbərlik 1-2 bahalı oyunçunu satmaq niyyətindədir. "Mançester Yunayted"lə "Barselona"nın yaxından maraqlandığı belçikalıya görə 120 milyonundan keçən klub yayda Lukaku ilə güclənəcək.

Qeyd edək ki, 27 yaşlı hücumçu cari mövsümdə "İnter" formasında meydana çıxdığı 34 matçda 25 qol vurub, 7 məhsuldar ötürmə verib.