Andra Pirlo "Yuventus"u tərk edə bilər. 

Offsideplus.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, rəhbərlik baş məşqçinin qarşısına şərt qoyub: Belə ki, "Qoca Sinyora" çempionatın qarşıdakı 2 oyunu qalib başa vurmasa, İtaliya millisinin sabiq yarımmüdafiəçisi ilə yollar ayrılacaq. Turinlilər aprelin 3-də "Torino", bundan 4 gün sonra "Napoli" ilə qarşılaşacaq. 

Qeyd edək ki, "Yuventus" A Seriyasında 55 xal toplamaqla lider "İnter"dən 10 xal geri qalır. Üstəlik, komanda Pirlonun rəhbərliyi altında Çempionlar Liqasındakı mübarizəni 1/8-də dayandırıb.