Türkiyəli futbolçu İtaliya klublarının hədəfindədir.
Offsideplus.az xəbər verir ki, Kənan Karaman karyerasını A Seriyasında davam etdirə bilər. Belə ki, 27 yaşlı futbolçu ilə "Sampdoriya" ilə "Cenoa" yaxından maraqlanır.Adıçəkilən klublar Düsseldorf "Fortuna"sının uğurları üçün tər tökən Türkiyə millisinin üzvü ilə yayda müqavilə bağlamaq istəyir. Çünki Kənan yayda azad agent statusuna yiyələnəcək.
Qeyd edək ki, Karaman cari mövsümdə ikinci Bundesliqa komandasında 24 oyunda 7 dəfə fərqlənib, 2 qolun ötürməsini verib.