"Yuventus"un baş məşqçisi Andrea Pirlo ilə yollarını ayıracağı halda, komanda başına gətiriləcək 3 namizəd var.
Offsideplus.az "La Repubblica"ya istinadən xəbər verir ki, Turin təmsilçisi Xosep Qvardiola və Yürqen Klopp bahalı olduğu üçün bu mütəxəssisləri istəmir. "Qoca Sinyora"nın komandanın sükanı arxasına gətirəcəyi çalışdırıcılar bu 3 şəxdən biri ola bilər: Can Pyero Qasperini, Simone İnzaqi və Luçano Spaletti.
İnzaqi "Latsio"dakı performansı ilə diqqət çəkdiyi halda, Qasperini "Atalanta"nı rəqabətçi komandaya çevirib. 2019-cu ildə "İnter"dən ayrılan Spaletti isə hazırda işsizdir.