"Yuventus"un baş məşqçisi Andrea Pirlo ilə klub prezidenti Andrea Anyelli arasında gərginlik yaşanıb.
Offsideplus.az "Football İtalia"ya istinadən xəbər verir ki, bu, Turin təmsilçisinin A seriyasının 28-ci turunda evdə "Benevento"ya gözlənilməz məğlubiyyətindən (0:1) sonra baş verib.
Matç başa çatdıqdan sonra paltardəyişmə otağından qışqırtı səsləri və təhqiredici ifadələr eşidilib. Mənbənin verdiyi məlumata görə, mübahisə Anyelli ilə Pirlo arasında olub.
Qeyd edək ki, "Yuventus" turnir cədvəlində 55 xalla 4-cü pillədə qərarlaşıb.