İtaliya Futbol Federasiyası Zlatan İbrahimoviçRomelu Lukaku arasındakı araşdırmaları başa çatdırıb.

Offsideplus.az "La Gazzette dello Sport"a istinadla xəbər verir ki, federasiya İbrahimoviçin Lukakuya işlətdiyi sözlər arasında rasizmə aid ifadə tapmayıb. Beləliklə hər iki futbolçu canını cəza və cəriməsiz qurtarıb.

Qeyd edək ki, İtaliya kuboku çərçivəsində "Milan"la "İnter" arasında baş tutan oyunda hər iki futbolçu bir-birinə təhqiredici ifadələr işlətmişdi. Hakim futbolçuları sarı vərəqə ilə cəzalandırmış, İbrahimoviç daha bir "sarı" alaraq meydanı vaxtından əvvəl tərk etmişdi. Lukaku  Zlatanın ona qarşı irqçi ifadələr işlətdiyini bildirmişdi.