Səfərdə "Roma" üzərində 2:1 hesablı qəbələyə sevinən "Milan" ciddi itkilərlə üzləşib.
Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Hakan Çalhanoğlu və Ante Rebiçin zədə durumuna aydınlıq gəlib.
Rebiçin zədəsi ciddi olmasa da, Çalhanoğlunun vəziyyəti heç də ürəkaçan deyil. Belə ki, türk futbolçu ən azı 2 həftəlik sıradan çıxıb.