"İnter"in baş məşqçisi Antonio Konte futbolçusu Romelu Lukakunu tərifləyib.

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis belçikalı ulduzun qeyri-adi olduğunu açıqlayıb. Konte, Lukakunun amerikan futbolu oynaya biləcəyini də dilə gətirib:

"Lukaku qeyri-adi futbolçudur. O, mərkəz hücumçusu, əsas forvard kimi oynaya bilir, həmçinin çox sürətlidir. Sanki amerikan futbolunun oyunçusudur".