"Yuventus"un ulduzu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriqes xeyriyyə işi ilə milyonların qəlbini fəth edib.
Offsideplus.az xəbər verir ki, daha öncələr də xeyriyyə məqsədli addımla diqqət çəkən cütlük bu dəfə xərçəng xəstəsi olan 7 yaşlı uşağa yardım edib. Xərçəngin nadir rastlanan növündən əziyyət çəkən uşaq hazırda Barselona şəhərində müayinədədir.
Onun valideynləri Ronaldo və Corcinaya öz təşəkkürlərini bildirib.