"Yuventus"un oyunçusu Sami Xedira "Herta" klubuna keçir.
Offsideplus.az bir çox xarici KİV-lərə istinadən xəbər verir ki, 33 yaşlı mərkəz müdafiəçisi Bundesliqa klubuna transfer olmaq üzrədir. Xediranın tibbi yoxlanış üçün dünən Berlinə yollandığı qeyd olunur.
Futbolçu və "Yuventus" arasında baş tutan qarşılıqlı razılaşma əsasında almaniyalı "Herta"ya azad agent kimi keçid edəcək. Bu mövsüm Turin klubunda heç bir oyuna çıxmayan Samir Xediranın "Herta" klubu ilə 2023-cü ilədək müqavilə imzalayacağı gözlənilir.