İtaliya kubokunun 1/4 finalında keçirilən "Milan" - "İnter" matçında (1:2) qırmızı vərəqə alan futbolçuların cəzası müəyyənləşib.

Offsideplus.az "Corriere dello Sera"ya istinadən xəbər verir ki, Zlatan İbrahimoviçlə Romelu Lukaku 1 oyunluq cəzalandırılıb. Gələcəkdə eyni hal təkrar olunarsa, daha ağır cəzaya layiq görüləcəklər. 

Qeyd edək ki, ilk hissəsin gedişində İbrahimoviçlə Lukaku kəllə-kəlləyə gəlmiş, ətrafdakıların münaqişənin böyüməsinə imkan verməmişdi.