"Yuventus" klubu Türkiyə millisinin və Fransanın "Lill" klubunun futbolçusu Yusuf Yazıcı ilə maraqlanır.
Offsideplus.az "France Football"a istinadən xəbər verir ki, Turin təmsilçisi 24 yaşlı yarımmüdafiəçi izləmək üçün mütəmadi olaraq skautlar göndərir. Ölkə çempionu Yazıcı üçün mövsümün sonunda klubuna rəsmi təklif göndərməyi planlaşdırır.
"Yuventus" Yazıcını mövsümün sonunda komandadan ayrılacaq Paulo Dibalaya əvəzləyici kimi görür. "Lill"in bu keçid üçün qarşı tərəfdən 40-45 milyon avro tələb edəcəyi gözlənilir.
"Yuventus"da Türkiyə yığmasının daha bir üzvü Merih Demiral çıxış edir.
Qeyd edək ki, Yusuf Yazıcı cari mövsüm "Lill" forması ilə 23 oyunda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onunla "İnter"in və "Arsenal" klublarının maraqlandığı iddia olunur.