İtaliya A Seriyasında 18-ci tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, "Milan" səfərdə "Kalyari"nin qonağı olub. Hesabı 7-ci dəqiqədə penaltidən Zlatan İbrahimoviç açıb. 52-ci dəqiqədə 39 yaşlı ulduz dubl edərək "Milan"ın qələbə qollarının müəllifi olub: 0:2.
Xallarının sayını 43-ə çatdıran "Milan" turnir cədvəlində şəriksiz liderdir. İkinci pillədə "İnter" (40 xal), üçüncü və dördüncü pillədə isə 34 xala "Napoli" və "Roma" qərarlaşıb.
Oyunun icmalını təqdim edirik:
"Kalyari" - "Milan" 0:2 (Z.İbrahimoviç, 7, 51.)