"Latsio" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az klubun rəsmi saytındakı məlumata əsasən xəbər verir ki, Dmitriye Kamenoviç bundan sonra İtaliya təmsilçisinin uğurları üçün tər tökəcək. 20 yaşlı müdafiəçi ilə 3 illik anlaşma əldə olunub. Bunun üçün "Latsio" "Çukariçki"yə 3 milyon avro ödəyəcək.

Qeyd edək ki, 2000 doğumlu Kamenoviç 2019-cu ildən Serbiyanın yüksək dəstəsində oynamağa başlayıb. İndiyə qədər bu komandada 26, ölkəsinin U-21 millisində 4 oyun keçirib.