"Yuventus" hücum xəttindəki rəqabəti gücləndirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, turinlilər bu məqsədlə Eldor Şomurodovu heyətinə qatmaq istəyir. "Cenoa"nın özbək forvardının adı "Yuventus"un maraq dairəsində olan 2-3 futbolçunun siyahısındadır. "Qoca sinyora" Özbəkistan millisində 34 matçda 16 dəfə fərqlənmiş forvardı icarəyə götürmək istəyir.
Özbəkistanlı həmkarlarımız bu xəbəri böyük sevinci hissi ilə təqdim ediblər. Fürsətdən istifadə edib Kriştiano Ronaldonun "Yuventus"da oynadığını da diqqətə çatdırıblar ki, sözləşmə baş tutsa, həmyerliləri ulduz futbolçu ilə komanda yoldaşı ola bilər.
Qeyd edək ki, Eldor cari mövsümdə A seriyasında 10 matçda forma geyiinib, 2 qola imza atıb.