İtaliya A Seriasının 15-ci turunda "İnter" doğma meydanda "Korotone"ni qəbul edib.

Offsideplus.az xəbər verir ki, hesabı qonaqlar açsalar da, çox keçmədən buna peşman olublar. Lautaro Martines bərabərlik qolunu vuraraq, həmçinin het-triklə yadda qalıb. Görüş sonda "İnter"in 6:2 hesablı qələbəsi ilə başa çatıb. 

36 xal yığan "İnter" bu qələbədən sonra liderliyə yüksəlib. Bu gün Bakı vaxtı ilə saat 21:00-da "Benevento" ilə qarşılaşacaq "Milan" 34 xalla ikincidir. 

Oyunun icmalını təqdim edirik:

"İnter" - "Krotone" 6:2 (L.Martines, 20, 57. 78. L.Marron, 31. -avt. R.Lukaku, 64. Ə.Hakimi, 87. - N.Zanelatto, 12. V.Qolemiç, 36. - pen.)