"Yuventus" 19 yaşlı futbolçuya "elçi düşüb".

Həmin gənc isə gözümüzün qabağında yox, Avropada oynayır. 

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi "Dallas"ın şərəfini qoruyan Brayan Reynoldsla yaxından maraqlanır. Hətta 2016-cı ildə klubu ilə peşəkar müqaviləyə imza atan müdafiəçi üçün irəli sürüləcək transfer qiyməti də bəllidir - 9,2 milyon avro. 

Qeyd edək ki, Brayanı heyətinə qatmaq istəyən klublar arasında "Brügge"ylə "Lion" da var. Bir müddət öncə "Roma"nın da adı hallanırdı.