İtaliya A Seriyası klubu "Cenoa"nın yeni çalışdırıcısı bəlli olub.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda çox da yad olmayan baş məşqçi Davide Ballardiniyə həvalə edilib.
Bu vəzifədə Rolando Maranı əvəzləyən 56 yaşlı mütəxəssislə 2020/2021 mövsümünün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Ballardini daha əvvəl 2010/2011, 2012/2013 və 2018/2019 mövümlərində də "Cenoa"ya başçılıq edib.