İtaliyanın “Cenoa” klubu baş məşqçisi Rolando Maranla yollarını ayırıb.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, komandanın uğursuz çıxışına görə Maranın istefaya göndərildiyi bildirilib. 57 yaşlı mütəxəssis avqustdan sözügedən komandaya rəhbərlik edirdi.
Qeyd edək ki, “Cenoa” İtaliya A Seriyasında 13 turdan sonra 7 xalla 19-cu pillədə qərarlaşıb.