Mövsümün sonunda "Milan"la müqaviləsi başa çatan Hakan Çalhanoğlu ilə "Yuventus" və "Mançester Yunayted" maraqlanır. 26 yaşlı türkiyəli ulduz da komandanı tərk etməkdə həvəslidir.
Offsideplus.az Gazzetta Dello Sport-a istinadən xəbər verir ki, yeni razılaşma əldə edilməyəcəyi halda "Milan" Çalhanoğlunun əvəzinə başqa bir türk futbolçu almağı planlaşdırır.
Belə ki, "Lill" klubunda çıxış edən Yusuf Yazıcı Çalhanoğlunun yerinə alternativ futbolçu kimi düşünülür. Yarımmüdafiəçinin agenti bildirib ki, Yazıcı ilə İngiltərənin "Arsenal" klubu da yaxından maraqlanır.