"Yuventus"la "Napoli"nin prezidentləri qeyri-adi addım atmaq qərarına gəliblər.
Offsideplus.az "Corriere dello Sport"a istinadla xəbər verir ki, Andrea Anyelli ilə Aurelio De Laurentis futbolçularını milliyə buraxmamaq haqda düşünür. Rəhbərlərin fikrincə, koronavirusun ikinci dalğasının qızğın vaxtında yığmanın düşərgəsinə gedib-qayıtmaq klublara əlavə problem yaradır. Üstəlik, oyunların sıx olduğu dönəmdə millinin oyunları futbolçulara əlavə yüklənmə olur ki, bu da zədələnmələrə səbəb olur.
Maraqlıdı ki, adıçəkilən başqanların fikirləri mətbuatda dərc olunandan sonra "İnter"in prezidenti Cüzeppe Marotta da dilə gəlib. O da həmkarları ilə eyni mövqeni bölüşür.
Qeyd edək ki, Anyellini dilə gətirən səbəb Kriştianu Ronaldonun yığmanın düşərgəsində olduğu vaxt koronavirusa yoluxub, oktyabrda "Yuventus"a kömək edə bilməməsidir.



