İtaliya millisinin sabiq baş məşqçisi Antonio Konte İspaniya La Liqası klubuna rəhbərlik etmək şansından danışıb.
Offsideplus.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bir neçə dəfə "Real"a baş məşqçilik edə bilərmiş. Hazırda "İnter"i çalışdıran Konte bu təklifin doğru zamanda gəlmədiyindən baş tutmadığını qeyd edib:
"Əvvəllər "Real"a baş məşqçilik etmək şansım vardı, lakin doğru zaman deyildi. Kluba rəhbərlik etməyə çox yaxın idim, lakin artıq mövsüm başlamışdı - sezon daxilində onlara qoşulmaq çox ağır olardı".
Qeyd edək ki, Çempionlar Liqasının B qrupunda "Real" - "İnter" oyunu saat 00:00-da baş tutacaq.