İtaliya "İnter"inin baş məşqçisi Antonio Konte dələduzluqla üzləşib.

Offsideplus.az xəbər verir ki, italyan mütəxəssis İngiltərənin "Çelsi" klubunda çalışdığı vaxt 30,6 milyon avro sərmayəsini maliyyəçi Massimo Boçikkoya etibar edib. 

2020-ci ildə sərmayələrindən dividend götürəcəyinə dair söz alan Kontenin iyunda digər yeddi nəfərin dələduzluğa məruz qaldıqları üzə çıxıb.

Qeyd edək ki, Antonio Konte 2019-cu ildə "İnter"in baş məşqçisi təyin edilib. Milan klubu ilə İtaliya çempionatında və Avropa Liqasında ikinci olan Kontenin rəhbərliklə fikir ayrılıqlarına görə komandadan ayrılacağı gözlənilir.