“Sassuolo” klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi “Fortuna”dan (Düsseldorf) Kaan Ayhanı sıralarına qatıb.

Türkiyə millisinin üzvü ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Mediada isə  “Sassuolo”nun 25 yaşlı futbolçunun transferi üçün 2.5 milyon avro ödədiyi yazılıb.