Adiran Qalliani "Yuventus"un yeni məşqçisi təyin olunan Andrea Pirlo ilə bağlı xatirəsini bölüşüb.
Offsideplus.az xəbər verir ki, "Milan"nın sabiq CEO-su Pirlonun təklif sonrası verdiyi reaksiyasından danışıb.
Qalliani Pirlo ilə təklif gəldikdən sonra danışdığını və onun dəli kimi qəhqəhə çəkdiyini bildirib: "Təklif gələr-gəlməz Pirloya zəng etdim, dəli kimi gülürdü. 5 avqustda u-19 komandasının oyununda bir yerdəydik və ona belə dedim: "Görəcəksən, möhtəşəm bir karyeran olacaq. Uğurlu baş məşqçi olmaq sənin karyeranda var". Təbii bunun 3 gün sonra olacağını təhmin etməmişdim. Bir neçə ay sonra olacağını düşünmüşdüm. O da gülmüşdü".
Qeyd edək ki, "Yuventus" Çempionlar Liqasının 8/1 finalında mübarizəni dayandırdıqdan sonra baş məşqçi Mauritsio Sarri ilə yolları ayırmış, onu U-23 komandasına yeni təyin olunan Andrea Pirlo əvəzləmişdi.