İtaliya "İnter"inin baş məşqçisi Antonio Konte "Barselona"nın ulduzu Lionel Messinin komandasına transfer olunacağına dair yayılan xəbərlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, 50 yaşlı mütəxəssis məlumatları təkzib edib. O, insanları bu cür dedi-qodulara inanmamağa çağırıb.
Qeyd edək ki, argentinalı futbolçunun 2021-ci ilin yayında "İnter"lə müqavilə imzalayacağı barədə xəbərlər yayılmışdı.
Əlavə edək ki, Messinin "Barselona" ilə müqaviləsi 2021-ci ildə bitəcək.