Türkiyənin "Başakşəhər" klubunun prezidenti Göksel Gümüşdağ yeni açıqlaması ilə diqqətləri çəkib.
Offsideplus.az xəbər verir ki, "TRT Spor" kanalında canlı yayıma qoşulan Gümüşdağ "Roma"nın futbolçusu Cengiz Ünderin yeni klubunun adını açıqlayıb.
O, 23 yaşlı türkiyəli futbolçunun növbəti mövsümdən "Napoli"də çıxış edəcəyini bildirib. Klub rəhbəri bu transferdən "Başakşəhər"in də pay alacağını vurğulayıb:
"Cengiz "Napoli" ilə anlaşıb. Bu transferdən klubumuza da 4,5 milyon avro gəlir gələcək".
Qeyd edək ki, Cengiz Ünder 2016-2017-ci illərdə "Başakşəhər"də çıxış edib.