"Napoli" klubu "Roma"nın futbolçusu Cengiz Ünderi transfer etmək niyyətində israrlıdır.
Offsideplus.az xəbər verir ki, klubun 22 yaşlı yarımmüdafiəçi üçün 31 milyon avroluq təklif göndərdiyi vurğulanıb.
Paytaxt təmsilçisinin baş məşqçisi Paulo Fonseka türk oyunçunun klubdan ayrılmasına razıdır. Ancaq "Roma" onun üçün ən azı 35 milyon avro tələb edir.