"Roma" Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona" ilə ilk oyunu öncəsi ciddi itki ilə üzləşib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "canavarlar"ın türkiyəli yarımmüdafiəçisi Cengiz Ündər vacib oyunu buraxacaq. 21 yaşlı futbolçu zədəli olduğu üçün "Nou Kamp"dakı qarşılaşamda meydana çıxa bilməyəcək. Ündər eyni səbəbdən İtaliya A Seriyasının son turunun "Bolonyo" ilə matçında da oynamamışdı.
Qeyd edək ki, "Barselona" - "Roma" oyunu aprelin 4-də keçiriləcək. Matç Bakı vaxtı ilə 22:45-də başlayacaq.