“Kalyari” klubu ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisinin müdafiəçisi Fabio Pizakane uzun müddətə zədələnib.
O, 27-ci tur çərçivəsində qarşılaşdıqları SPAL-la səfər oyununda ağır zədə alıb.
Tibbi müayinələr nəticəsində 34 yaşlı mərkəz müdafiəçisinin iki qabırğasının sındığı müəyyənləşib. Artıq Pizakaneyə məcburi istirahət verilib və onun müalicəsinə başlanılıb.