İtaliyanın "Kalyari" klubunun futbolçuları aprel ayının maaşından imtina ediblər.

Offsideplus.az xəbər verir ki, klubun prezidenti Tommazo Julini oyunçulara kollektivin daha az maaşlı işçilərinə maddi cəhətdən kömək etmələrinə görə xüsusi minnətdarlığını ifadə edib.

Xatırladaq ki, "Kalyari"  25 görüşdən sonra 32 xalla 12-ci yeri tutur.