"Roma" klubunun türk futbolçusu Çingiz Ündər karyerasını digər A Seriya klubunda davam etdirəcək.

Offsideplus.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, 22 yaşlı cinah oyunçusu  "Napoli" klubuna keçməyə yaxındır. Neapol təmsilçisi yayda onu heyətinə qatmaq niyyətindədir. Ündərin transfer qiyməti isə 25 milyon avro təşkil edir.

Qeyd edək ki, "Roma" klubu koronavirus pandemiyasının yaratdığı mövcud situasiaya görə bəzi futbolçularını satmağı planlaşdırır ki, bunlardan biri də Çingiz Ündərdir.