“Kalyari” klubu baş məşqçisi Rolando Maranı istefaya göndərib.
Offsideplus.az xəbər verir ki, 56 yaşlı italiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında son verilib. Onun rəhbərliyi altında son 11 oyunda qələbəqazana bilməyən komanda 32 xalla 11-ci pillədə qərarlaşıb.
Artıq “Kalyari”nin yeni baş məşqçisi bəlli olub. Rəhbərlik Maranı Valter Zenqa ilə əvəz edib.Onunla 2021-ci ilin yayına kimi müqavilə imzalanıb.