“Roma” klubunda fevral ayının ən yaxşı futbolçusu bəlli olub.
Offsideplus.az Goal.az-a istinadən xəbər verir ki, ötən ayın ən yaxşısı Türkiyə millisinin üzvü olan Cengiz Ünder seçilib.
20 yaşlı futbolçu azarkeşlər arasında aparılan sorğu nəticəsində qalib olub.
Türkiyəli hücumçu ötən ay 5 oyuna 5 qol vurub.