"Fiorentina" 2 gün öncə dünyasını dəyişən Davide Astori ilə bağlı növbəti təqdirəlayiq addım atıb.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı futbolçunun forma nömrəsi əbədiləşdirilib. Bu isə o deməkdir ki, artıq 13 rəqəmi "Fiorentina" klubunda heç bir oyunçuya verilməyəcək.
Astorinin sabiq klubu olan "Kalyari" də "Fiorentina"nın yolu ilə gedib.
Qeyd edək ki, İtaliya millisinin də üzvü olan Astori martın 5-də "Fiorentina"nın qaldığı otelin otağında ölü tapılmışdı. Onun infarkt keçirdiyi bildirilib.