"Roma" yarımmüdafiəçisi Cengiz Ünderlə yeni müqavilə bağlayıb.
Offsideplus.az xəbər verir ki, bunu klub tvitter səhifəsi vasitəsilə bəyan edib.
Türkiyə millisinin üzvü "canavarlar"la olan sözləşməsinin müddətini 2023-cü ilin yayına qədər uzadıb. 22 yaşlı hücumameyilli oyunçu "Roma" ilə xəyallarını gerçəkləşdirəcəyinə inandığını bildirib.
Qeyd edək ki, Cengiz Ünder "Roma"da keçirdiyi 65 oyunda 14 qola imza atıb.