İtaliyanın “Cenoa” klubu heyətinə yeni futbolçu cəlb edib.
Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi son klubu “Qalatasaray” olan Sinan Gümüşü transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
2014-cü ildən “Qalatasaray”da forma geyinən Gümüş, Super Liqada iştirak etdiyi 75 qarşılaşmada 19 qol vurub. Onun “sarı-qırmızılar”la müqaviləsinin müddəti iyulun 1-də bitmişdi.