Son matçlarda ilk 11-də forma şansı tapan və bunu yaxşı dəyərləndirən türkiyəli futbolçu Cengiz Ünder, artıq “Roma”nın əsas oyunçularından birinə çevrilməkdədir.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı futbolçu bu yenə diqqət mərkəzinə düşüb.

Belə ki, İtaliya çempionatının 25-ci turunun açılış matçında səfərdə “Udineze”yə qalib gələn “Roma”nın qollarından birini C.Ünder vurub. O, 70-ci dəqiqədə möhtəşəm zərbə ilə hesabı açıb. Bu Ünderin “Roma”nın heyətində ümumilikdə 4-cü qolu olub.

Perrotti isə 90-cı dəqiqədə fərqi 2-yə çatdırıb. “Roma” bu qələbə ilə müvəqqəti olaraq 3-cü pilləyə yüksəlib.