İki Avropa nəhəngi Zinəddin Zidan uğrunda mübarizə aparır.
Offsideplus.az xəbər verir ki, "Yuventus" və "Çelsi" fransız mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir.
"Yuventus"da 2014-cü ildə komandanı çalışdıran Massimiliano Alleqri mövsümün sonunda istefa verəcəyini açıqlayıb. Turin klubunun rəhbərliyi ardıcıl 4 dəfə çempion olan mütəxəssisin yerinə Zinadı təyin etmək niyyətindədiR.
"Çelsi" isə Maurisio Sarridən narazıdıR. İtalyan mütəxəssisin mövsümün sonunda yola salınacağı deyilir. London klubunun rəhbərliyi bir müddətdi Zidanla danışıqlar aparır.
Amma indi "Yuventus"un da onu maraq dairəsinə salması "Çelsi" rəhbərliyini narahat edir. İngilislər danışıqlar prosesini sürətləndirmək niyyətindədiR.