"Mançester Yunayted"in Zinəddin Zidanı kluba gətirmək planı baş tutmayacaq.

 

Offsideplus.az "Don Balon" nəşrinə istinadən xəbər verir ki, fransız mütəxəssis yayda Juventus-a keçəcək. Tərəflər arasında artıq razılıq əldə olunub. 

Xatırladaq ki, Mourinyonun istefasından sonra "Mançester Yunayted" Zidanla danışıqlar aparırdı. Fransız mütəxəssisin "Yuventus"a görə "qırmızı şeytanlar"a "yox" dediyi bildirilir. (Goal.az )