"Roma" klubunun türk futbolçusu Cengiz Ünder karyerasını İngiltərədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Tottenhem" türk yarımmüdafiəçini transfer etmək istəyir. Premyer Liqa təmsilçisinin 21 yaşlı oyunçu üçün 52 milyon avro ödəməyə hazır olduğu bilirilib.
Qeyd edək ki, C.Ünderlə "Arsenal" və "Çelsi"nin maraqlandığı iddia edilir.