"Roma" klubunun aparıcı futbolçularından olan Çingiz Ündər London "Arsenal"ının transfer hədəfindədir.

Offsideplus.az Britaniyanın "Daily Star" nəşrinə  istinadən xəbər verir ki, "topçular" 21 yaşlı futbolçu üçün qarşı tərəfə 50 milyon avro təklif edir. Londonluların baş məşqçisi Unay Emeri Ündəri öz sərəncamında görmək itədiyini bildirib.  Artıq iki klub arasında danışıqların başlanıldığı da bildirilir. Qış fasiləsi dövründə Ündərin "Arsenal"a keçmə ehtimalı böyükdür. "Roma" rəhbərliyinin də bu transferə isti yanaşdığı qeyd edilir.

Bir nüçə gün əvvəl "Roma" türk futbolçusunun transfer məbləğini də bəyan etmişdi. Belə ki, "canavarlar" onu transfer qiymətini 60 milyon avro dəyərində müəyyənləşdirib.

Qeyd edək ki, Çingiz Ündər 2017-ci ildən "Roma"nın şərəfini qoruyur.