İtaliyanın "Roma" klubu bir sıra futbolçularının transfer və sərbəst qalma müddəti məbləğlərini təyin edib.
Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, paytaxt təmsilçisi komandanın üç əsas üzvü haqda qiymətləri müəyyənləşdirib. Belə ki, Kostas Manolasın sərbəst qalma məbləği 36 milyon avro, Lorenzo Pelleqrininki isə 30 milyon avro təşkil edir. Klub həmçinin türkiyəli futbolçusu Çingiz Ündərin də qiymətini bəlli edib. 21 yaşlı futbolçunu transfer etmək istəyən komanda 60 milyon avrosundan keçməli olacaq.
Qeyd edək ki, bu mövsümün sonunda "Roma"nın bir sıra aparıcı futbolçularının komandadan ayrılacağı gözlənilir.