PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasında klubun məşqçilik antirekorduna müvəffəq olub.
Offsideplus.az xəbər verir ki, müvafiq antirekord PSJ-nin Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Bayern"ə səfərdə 0:1 hesablı məğlubiyyəti ilə gerçəkləşib.
Luis Enrikeyə qədər PSJ-nin sükanı arxasında Çempionlar Liqasında ən pis nəticə fransız mütəxəssis Loran Blana məxsus idi 30 oyunda 7 məğlubiyyət.
İspaniyalı mütəxəssisin Çempionlar Liqasında PSJ-nin sükanı arxasında keçirdiyi 17 oyundan 8 məğlubiyyəti və cəmi 4 qələbəsi var.