"Neftçi"nin futbolçusu Mert Çelik dünən Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Olimpiakos"la keçirdikləri görüşlə bağlı paylaşım edib.
Offsideplus.az xəbər verir ki, matçda kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulan futbolçu sosial şəbəkə hesabında etdiyi paylaşımda bunları yazıb:
"Cavab qarşılaşmasında komandamı tək buraxdığıma görə çox üzgünəm. Ümid edirəm ki, Bakıda daha yaxşı nəticə əldə edəcəyik".