"Real" ötən gecə Çempionlar Liqasında ilk matçda "Arsenal" 0:3 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, "kral klubu"nun baş məşqçisi Karlo Ançelotti qarşılaşmadan sonra matçı dəyərləndirib:
""Ağır məğlubiyyət idi. Bunu gözləmirdik. Son 30 dəqiqədə çox pis idik. İki qoldan sonra futbolçular reaksiya verə bilmədilər. Əqli və fiziki cəhətdən yıxıldılar".
"İlk 60 dəqiqə pis oynamadıq. Yaxşı işlər görürdük. Qol vura bilərdik".
O, 4 hücumameyilli oyunçu ilə görüşə başlamağına da reaksiya bildirib:
"Hücumda olan 4 oyunçu? Ən yaxşı futbolçular ehtiyat oyunçular skamyasında qalmamalı, oynamalıdırlar".
Təcrübəli mütəxəssis ikinci oyunda hər şeyin baş verə biləcəyini də deyib:
"Bu, çox çətindir, amma "Santyaqo Bernabeu"da belə şeylər olub. Biz əlimizdən gələni edəcəyik, görək bunu bacaracağıq yoxsa yox".