"Qalatasaray"ın voleybol komandası 5 ildən sonra "Fənərbağça"nı məğlub edib.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" əzəli rəqibini 3:2 hesabı ilə məğlubiyyətə uğradıb - 25:22, 20:25, 25:23, 21:25, 15:10.

Tərəflər arasında ikinci matç şənbı günü keçiriləcək. Əgər "Qalatasaray" bu görüşdə də qələbə qazanarsa, Türkiyə çempionatında finala yüksələcək.

"Fənərbağça" qalib gələrsə, əzəli rəqiblər daha bir görüş oynamalı olacaq.